Ötən il Azərbaycanda ÜDM-in adambaşına həcmi 7,9% artıb

Ötən il Azərbaycanda ÜDM-in adambaşına həcmi 7,9% artıb
# 19 yanvar 2010 08:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanda adambaşına düşən ümumi daxili məhsulun (ÜDM) həcmi 3 917 manat (4 874 ABŞ dolları) təşkil edib. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan hökumətinin 2009-cu ilin yekunlarına dair prezident yanında keçirilən iclasında ölkənin maliyyə naziri Samir Şərifov bildirib.

Nazir çıxışında qeyd edib ki, ötən il Azərbaycanda ÜDM-in artım tempi 2008-ci illə müqayisədə 9,3% təşkil edib, adambaşına düşən ÜDM-in həcmi isə 7,9% artıb.

S.Şərifov həmçinin qeyd edib ki, ölkədə orta aylıq əmək haqqı 2008-ci illə müqayisədə 6,8% artaraq 298 manata çatıb: «Onu da qeyd etmək yerinə düşər ki, ötən müddət ərzində manatın dəyəri sabit qalıb, inflyasiya isə 1,5% təşkil edib».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR