Martda «Bank of Baku»nun səhmdarlarının iclası keçiriləcək

Martda «Bank of Baku»nun səhmdarlarının iclası keçiriləcək
# 22 yanvar 2010 09:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin mart ayının 10-da Azərbaycanın «Bank of Baku» ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, iclasda bankın 2009-cu ildəki fəaliyyətinin yekunları, 2010-cu il üçün planlar və digər məsələlər müzakirə ediləcək.

Xatırladaq ki, «Bank of Baku» ASC 1994-cü ilin fevral ayında «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə yerli fiziki şəxs çıxış edir. Bankın ölkə üzrə 15 filialı mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR