«AtaSığorta» şirkətinin daxilolmaları 17% azalıb

«AtaSığorta» şirkətinin daxilolmaları 17% azalıb
# 25 yanvar 2010 09:02 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «AtaSığorta» ASC-nin 2009-cu il ərzində topladığı sığorta haqlarının ümumi həcmi 2 974,4 min manat, verilmiş sığorta ödənişləri 723,3 min manat təşkil edib.

Şirkətdən «APA-Economics»ə verilən ilkin məlumatlara görə, ötən il ərzində şirkətin ümumi gəlirləri 5 135,2 min manat, ümumi xərcləri 3 948,2 min manat olmaqla, balans mənfəəti 1 187 min manat təşkil edib ki, bu da nəzərdə tutulan illik proqnoz göstəricidən 45,6% çoxdur.

Eyni zamanda 2008-ci ilin yekun göstəriciləri ilə müqayisədə şirkətin sığorta haqları üzrə 17,4%-lik azalma, sığorta ödənişləri üzrə isə 4,8%-lik artım müşahidə olunub. Şirkətin gəlirləri 2008-ci ilin göstəriciləri ilə müqayisədə 8,3% azalıb, xərcləri isə 1,2% artıb.

Qeyd edək ki, «AtaSığorta» ASC 2004-cü ilin sentyabr ayından fəaliyyət göstərir. Səhmdarı «AtaHolding» ASC olan Şirkətin faktiki ödənilmiş nizamnamə kapitalı 2 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR