«Unibank» aktivləri ötən il 16% azalıb

«Unibank» aktivləri ötən il 16% azalıb
# 25 yanvar 2010 14:42 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Unibank» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin yanvar ayının 1-nə 352,949 mln. manat təşkil edib ki, bu da 2008-ci ilin yekunları ilə müqayisədə 15,5% azdır.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın depozit portfeli 11,5% genişlənərək 137,931 mln. manata, kredit potrtfeli 23,4% azalaraq 244,537 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 1,6% azalaraq 134,86 mln. manata çatıb. Bu müddət ərzində bankın məcmu kapitalı 7,2% azalaraq 59,460 mln. manat olub.

Cari ilin yanvar ayının 1-nə əhalinin əmanətləri, müştərilərin hesablaşma və cari hesablarındakı vəsait qalıqları ilə birlikdə 94,526 mln. manat, fiziki şəxslərin müddətli depozitləri, cari hesablar istisna olunmaqla, 77,466 mln. manat təşkil edib.

Xatırladaq ki, təsisçisi Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15%), Almaniyanın DEG İnvestisiya Korporasiyası (8,33%), hüquqi (0,9%) və fiziki şəxslər (75,62%) olan «Unibank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 24 filialı mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR