«Azərbaycan Sənaye Bankı» ötən il depozit portfelini 2,5 dəfə artırıb

«Azərbaycan Sənaye Bankı» ötən il depozit portfelini 2,5 dəfə artırıb
# 27 yanvar 2010 11:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «Azərbaycan Sənaye Bankı» ASC-nin aktivlərinin həcmi 2010-cu yanvar ayının 1-nə 130,639 mln. manat təşkil edib ki, bu da 2009-ci ilin yanvarın 1-nə olan göstərici ilə müqayisədə 67,4% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın depozit portfeli 2,5 dəfə genişlənərək 82,910 mln. manata, kredit portfeli 55,3% artaraq 61,200 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 3 dəfə artaraq 26,684 mln. manata çatıb. Bu müddət ərzində bankın məcmu kapitalı 53,2% artaraq 24,731 mln. manat, o cümlədən nizamnamə kapitalı 56,3% artaraq 20 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən il bankın gəlirləri 27,5% artaraq 13,449 mln. manat, xərcləri isə 32,5% artaraq 11,335 mln. manata çatıb. Nəticədə, bankın mənfəəti 7,2% artaraq 2,134 mln. manat olub.

Xatırladaq ki, bu müddət ərzində bankın müştərilərinin sayı 41,8% artaraq 18,757 nəfərə, işçilərin sayı 41,2% artaraq 150 nəfərə çatıb.

«Azərbaycan Sənaye Bankı» 1996-cı ildə «CI Bank» ASC kimi fəaliyyətə başlayıb və 2006-cı ilin sonunda brendini dəyişib. Bankın ölkə üzrə 8 filialı, 23 bankomatı və 257 POS-terminalı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR