Azərbaycanda son 15 ildə ilk dəfə ötən il Dövlət Gömrük Komitəsi büdcə proqnozunu kəsirlə yerinə yetirib

Azərbaycanda son 15 ildə ilk dəfə ötən il Dövlət Gömrük Komitəsi büdcə proqnozunu kəsirlə yerinə yetirib
# 30 yanvar 2010 08:37 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Ötən il Azərbaycanda gömrük orqanları tərəfindən büdcəyə daxil olmalar kəsirlə yerinə yetirilib. APA-nın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib. Onun sözlərinə görə, 1996-cı ildən sonra ilk dəfə olaraq 2009-cu ildə DGK büdcə proqnozlarını kəsirlə, təxminən 86 faiz həcmində icra edib. Ötən il dövlət büdcəsinə DGK tərəfindən daxilolmalar 1 milyard 112.7 milyon təşkil edib. A. Əliyev bildirib ki, Azərbaycanın ticarət dövriyyəsi 2009-cu ildə 1 milyard manatdan çox azalıb. İxrac əməliyyatlarında əsasən neft və neft məhsulları, idxal əməliyyatlarında isə buğda, yağlar, avtomobil, metal məmulatları üstünlük təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR