Azərbaycan ötən il beynəlxalq maliyyə institutları ilə 895 mln. dollarlıq 7 kredit sazişi imzalayıb

Azərbaycan ötən il beynəlxalq maliyyə institutları ilə 895 mln. dollarlıq 7 kredit sazişi imzalayıb
# 01 aprel 2010 06:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycan beynəlxalq maliyyə institutları ilə ümumi dəyəri 895,081 mln. ABŞ dolları olan 7 kredit sazişi imzalayıb. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan İqstiadi İnkişaf Nazirliyinin 2009-cu ilin yekunlarına dair hazırladığı hesabatda bildirilir.

Hesabatda qeyd olunub ki, imzalanmış kredit sazişlərindən 870,081 mln. dollar məbləğində olan 6 layihə artıq təsdiq olunub, qalan 25 mln. dollar məbləğində olan 1 layihə isə imzalanıb və yaxın zamanlarda təsdiq olunması gözlənilir.

Ümumiyyətlə, hazırda dövlət zəmanəti hesabına cəlb olunmuş 4 413,851 mln. dollar məbləğində kredit hesabına 47 layihə icra olunmaqdadır. Bu layihələr üzrə cəlb olunmuş kreditlərdən 1 536,33 mln. dolları 8 enerji layihəsinin, 1 495,23 mln. dolları 13 nəqliyyat layihəsinin, 961,601 mln. dolları 6 su təchizatı və kanalizasiya layihəsinin, 420,69 mln. dolları isə digər sahələrin payına düşür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR