«DəmirBank» yeni mükafata layiq görülüb

«DəmirBank» yeni mükafata layiq görülüb
# 02 aprel 2010 07:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC «Uğurlu Rebrendinq» nominasiyası üzrə «Uğur» Milli Mükafatına layiq görülüb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu mükafat bankın rebrendinq istiqamətindəki uğurlarını əks etdirib.

Bankın ötən il ərzində yeni ad seçimində yeni loqotipin qəbulu, rebrendinq TV reklam kampaniyası, «Yubiley» kampaniyası, müxtəlif reklam və PR fəaliyyəti, telereportajlar, jurnallarda məqalələr, reklam materiallarının yenilənməsi və rebrendinqlə bağlı bu kimi işlər nəzərə alınıb.

«DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 266,034 mln. manat, depozit portfeli 95,247 mln. manat, kredit portfeli 198,989 mln. manat, məcmu kapitalı 46,587 mln. manat, o cümlədən nizamnamə kapitalı 18,400 mln. manat təşkil edib.

Bankın hazırda 29 filialı, 47 bankomatı və 259 POS-terminalı mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR