Bakıda «Maliyyənin əsasları» mövzusunda təlim kursları keçiriləcək

Bakıda «Maliyyənin əsasları» mövzusunda təlim kursları keçiriləcək
# 02 aprel 2010 14:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Maliyyənin əsasları» mövzusunda təlim kursları keçirəcək.
QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, kurslar cari ilin aprelin 12-dən 16-dək hər gün saat 16:00-dan 18:00-dək təşkil olunacaq. Mühazirələri Komitənin və Bakı Fond Birjasının məsul əməkdaşları oxuyacaq. Mövzu ilə maraqlanan və bu sahədə biliklərini artırmaq istəyən şəxslər təlim kurslarında iştirak edə bilər. Kurslarda iştirak etmək üçün iddiaçılar 20 manat məbləğində iştirak haqqı ödəməlidir.
Əlaqə telefonları: (+994 12) 493-50-58 (daxili: 3-12, 3-05).
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR