Azərbaycanda pul bazasının genişlənməsi davam edir

Azərbaycanda pul bazasının genişlənməsi davam edir
# 05 aprel 2010 07:42 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda manatla pul bazasının həcmi 2010-cu ilin aprelin 1-nə 4 902 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2009-cu ilin aprel ayının əvvəli ilə müqayisədə bu göstərici 1 199,9 mln. manat və ya 32,4% artıb.

Eyni zamanda, cari ilin mart ayı ərzində pul bazasında 243,9 mln. manatlıq və ya 5,2%-lik artım baş verib. Xatırladaq ki, fevralda bu göstərici 99 mln. manat və ya 2,2% artıb ki, bu da yanvardakı 301,9 mln. manatlıq və ya 6,2%-lik azalmadan sonra müşahidə olunub. Nəticədə, aprelin 1-nə olan göstərici ilin əvvəlinə olan göstəricini artıq üstələyib.

Qeyd edək ki, pul bazasına dövriyyədə olan nağd pullar və mərkəzi bankda saxlanılan kommersiya banklarının vəsaitləri daxildir. Beləliklə, manat pul bazasının artması həmin tərkib hissələrin hər ikisinin və ya onlardan birinin artması nəticəsində baş verə bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR