Azərbaycan Kredit İttifaqları Assosiasiyası daha bir beynəlxalq quruma üzv olub

Azərbaycan Kredit İttifaqları Assosiasiyası daha bir beynəlxalq quruma üzv olub
# 05 aprel 2010 11:39 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Kredit İttifaqları Assosiasiyası (AKİA) Asiya Ölkələri Kredit İttifaqları Konfederasiyasına (AÖKİK) üzv olub. Bunu «APA-Economics»ə açıqlamasında AKİA-nın İdarə Heyətinin sədri Elçin Bağırov bildirib.

E.Bağırovun sözlərinə görə, martın 17-də AÖKİK-nin Direktorlar Şurasının Hindistanda keçirilən 69-cu iclasında AKİA qurma üzv qəbul edilib.

E.Bağırov bildirib ki, AÖKİK-nin üzvlük sertifikatı və bayrağı AKİA-ya bu ilin sentyabr ayında Koreya keçiriləcək Asiya Kredit İttifaqları Forumunda təqdim ediləcək: «Biz isə öz növbəmizdə AÖKİK-nin illik hesasbatının hazırlanması ilə bağlı AKİA-nın bayrağı və loqosunu bu ilin aprel ayının 30-dək beynəlxalq quruma təqdim etməliyik».

E.Bağırov qeyd edib ki, AKİA quruma illik 1000 ABŞ dolları həcmində üzvlük haqqı ödəyəcək. Üzvlük haqqının həcmi AKİA üçün güzəştli şərtlərlə təsdiqlənib.

Qeyd edək ki, AKİA həmçinin 100 ölkənin üzv olduğu Ümumdünya Kredit İttifaqları Şurasının (WOCCU - World Council of Credit Unions) da üzvüdür. WOCCU bütövlükdə kredit ittifaqlarının beynəlxalq təşkilatı və maliyyə təşkilatı kooperativləri kimi 1971-ci ildə təsis edilib və qərargahı ABŞ-ın Medison şəhərində yerləşir.

WOCCU təşkilatının üzvləri dünya üzrə 177 mln. səhmdarı və 49 mindən çox kredit ittifaqını təmsil edən kredit ittifaqlarının regional və milli assosiasiyasından ibarətdir. Bu kredit ittifaqlarının aktivlərinin ümumi həcmi 1,181 trln. dollar təşkil edir. Təşkilatın fəaliyyəti maliyyə vasitələrinə keçidi olmayan kredit ittifaqlarının fəaliyyətinin yaxşılaşdırılmasına və informasiya dəstəyinin göstərilməsinə yönəldilib.

Xatırladaq ki, AKİA 2003-cü ildən fəaliyyət göstərir. Azərbaycandakı 79 kredit ittifaqından 47-si qurumun üzvüdür. Assosiasiyanın üzvü olan kredit ittifaqlarının 35-i kənd təsərrüfatının kreditləşməsində iştirak edir. Quruma kredit ittifaqları tərəfindən ödənilən rüblük üzvlük haqqı 100 manat, yeni qəbul edilən ittifaqlar üçün isə 30 manat təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR