«Bakı Sığorta» şirkəti I rübdə 905 min manat həcmində sığorta haqqı toplayıb

«Bakı Sığorta» şirkəti I rübdə 905 min manat həcmində sığorta haqqı toplayıb
# 05 aprel 2010 14:27 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bakı Sığorta» şirkətinin 2010-cu ilin yanvar-mart aylarında topladığı sığorta haqlarının həcmi 905,027 min manat təşkil edib.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişlərinin həcmi 227,120 min manat olub.

Şirkətdən bildirilib ki, sığorta haqlarında ən çox yığım «Avtomobillərin sığortası» (242 min manat), «İcbari yanğın sığortası» (157,918 min manat), «Daşınmaz əmlakın sığortası» (67,998 min manat) və «Bank və bank fəaliyyəti ilə bağlı sığorta» (41,250 min manat) növləri üzrə olub.

Qeyd edək ki, təsisçisi «Bank Respublika» ASC (51%) və digər yerli hüquqi və fiziki şəxslər olan «Bakı Sığorta» şirkəti 2007-ci ilin avqustundan fəaliyyət göstərir. Şirkət 26 sığorta növü üzrə xidmət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR