«Nikoil Leasing» şirkətinin lizinq portfeli ilin əvvəlindən 4% azalıb

«Nikoil Leasing» şirkətinin lizinq portfeli ilin əvvəlindən 4% azalıb
# 06 aprel 2010 10:55 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Rusiyanın «Uralsib Leasing» şirkətinin Azərbaycandakı törəmə müəssisəsi olan «Nikoil Leasing» şirkətinin lizinq portfeli 2010-cu il aprel ayının 1-nə 5,320 mln. manat təşkil edib ki, bu da cari ilin əvvəli ilə müqayisədə 3,9% azdır.

Şirkətin baş direktor müavini Musa Turabovun «APA-Economics»ə verdiyi məlumata görə, cari ilin birinci rübü ərzində şirkətin lizinq müqavilərinin sayında (11) və nizamnamə kapitalının həcmində (100 min manat) artım olmayıb. Həmçinin, bu dövrdə lizinqə verilən avadanlıqların dəyəri və iqtisadiyyata yatırılan investisiyaların həcmi sıfıra bərabər olub.

M.Turabovun sözlərinə görə, lizinq portfelində 81,9% istehsalat avadanlıqları, 14,5% tikinti texnikası, 2,3% nəqliyyat sektoru, 1,3%-i isə digər sektorların payına düşüb.

Xatırladaq ki, «Nikoil Leasing» şirkəti Azərbaycanda 2007-ci ilin sonunda fəaliyyətə başlayıb. Şirkət lizinq maliyyələşdirilməsini 1-5 il müddətinə, illik 18-30% dərəcəsi ilə həyata keçirir. «Nikoil Leasing» şirkəti yalnız korporativ müştərilərlə əməkdaşlıq edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR