«Omni Finance» təşkilatının müştəri bazası I rübdə 40% genişlənib

«Omni Finance» təşkilatının müştəri bazası I rübdə 40% genişlənib
# 06 aprel 2010 14:52 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Omni Finance» qeyri-bank kredit təşkilatının kredit portfelinin həcmi 2010-cu ilin aprel ayının 1-nə 600 min manat təşkil edib ki, bu da cari ilin yanvar ayının 1-nə olan göstəriciyə nisbətən 71,43% çoxdur.

Təşkilatın İdarə Heyətinin sədri Emin Sadıqovun «APA-Economics»ə verdiyi məlumata görə, hesabat dövründə təşkilatın məcmu kapitalının həcmi 6,67% artaraq 160 min manat, aktivləri isə dəyişməz olaraq 200 min manat səviyyəsində qalıb.

E.Sadıqov bildirib ki, cari ilin birinci rübündə təşkilatın müştərilərinin sayı 40% artaraq cari ilin aprel ayının 1-nə 70 nəfərə çatıb.

Portfelin diversifikasiyasına gəldikdə isə biznesin inkişafı üzrə verilən kreditlər 80%, istehlak kreditləri isə 20% təşkil edib.

Xatırladaq ki, təsisçisi 3 yerli fiziki şəxs olan «Omni Finance» 2003-cü ildə dövlət qeydiyyatından «Mikromaliyyə» MMC kimi keçib. Hazırda şirkətin Beyləqan, Ağcabədi və Sumqayıt filialları fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə qurumun nizamnamə kapitalının həcmi 150 min manat təşkil edib. Təşkilat tərəfindən kreditlər illik 27-30% dərəcəsilə ayrılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR