Azərbaycan əhalisi nağd dolların alışını kəskin azaldıb

Azərbaycan əhalisi nağd dolların alışını kəskin azaldıb
# 08 aprel 2010 07:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhali tərəfindən kommersiya banklarına satılan nağd ABŞ dollarının həcmi 2010-cu ilin yanvar-fevral aylarında 152 982 400 dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə 29,5% azdır. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, əhali tərəfindən banklar vasitəsi ilə nağd dolların alışının həcmi isə yanvar-fevralda 757 118 400 dollara bərabər olub ki, bu da 2009-cu ilin eyni iki aylıq göstəricisindən 41,9% azdır.

Eyni zamanda, nağd dolların alışı üzrə aylıq dinamikada artım müşahidə olunur. Belə ki, yanvarla müqayisədə fevralda əhali alışı 10,6% artırıb. Satışda isə 2,4%-lik azalma baş verib.

Cari ilin fevral göstəriciləri ötən ilin fevral göstəriciləri ilə müqayisəsi alışın kəskin azaldığını göstərir. Daha dəqiq, cari ilin fevral ayında alınmış nağd dolların həcmi ötən ilin fevral həcmindən 2 dəfə azdır. Eyni zamanda, satılmış dollar həcmi 15,3% azalıb.

Xatırladaq ki, 2009-cu il ərzində əhali 1 418 760 000 dollar həcmində satış, 5 807 164 200 dollar həcmində isə alış əməliyyatları həyata keçirib ki, bu göstəricilər də əvvəlki il ilə müqayisədə müvafiq olaraq 2,5% az və 16,9% çoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR