«Gəncəbank» əhalinin əmanətləri üzrə faiz dərəcələrini artırıb

«Gəncəbank» əhalinin əmanətləri üzrə faiz dərəcələrini artırıb
# 08 aprel 2010 08:57 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Gəncəbank» ASC 16 illik yubileyi ilə əlaqədar yüksək faizlərlə əmanətlərin qəbuluna başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, 6 aylıq əmanətlər üzrə illik gəlirlik 16%, 12 aylıq əmanətlər üzrə 19%, 24 aylıq əmanətlər üzrə isə 42% təşkil edir.

Xatırladaq ki, «Gəncəbank» ASC 1994-cü ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 38,894 mln. manat, depozit portfeli 2,963 mln. manat, kredit portfeli 26,932 mln. manat, məcmu kapitalı 16,577 mln. manat, o cümlədən nizamnamə kapitalı 15 mln. manat təşkil edib.

Bankın ölkə üzrə 5 filialı, 6 bankomatı və 14 POS-terminalı mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR