Azərbaycanda nağd funt üzrə əməliyyatların həcmi azalıb

Azərbaycanda nağd funt üzrə əməliyyatların həcmi azalıb
# 09 aprel 2010 14:11 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhali tərəfindən nağd İngiltərə funt sterlinqinin satış həcmi 2010-cu ilin yanvar-fevral aylarında 123 200 funt, alış həcmi isə 2 841 200 funt təşkil edib. Azərbaycan Mərləzi Bankından «APA-Economics»ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə satışın həcmi 3,2 dəfə, alışın həcmi isə 14% azalıb.

Beləliklə, yanvar-fevral aylarının yekunlarına görə, əhalinin nağd funtun alışı satışın həcmini 23 dəfə üstələyib.

Qeyd edək ki, funt sterlinqin əhali tərəfindən satış həcminin kəskin azalması İngiltərədən gətirilmiş valyutanın manata çevrilməsi üzrə əməliyyatların azaldığını göstərir. Alışın azalması isə öz növbəsində Azərbaycandan İngiltərəyə müxtəlif məqsədlərlə aparılan valyutanın həcminin azalmasının əksidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR