Yunanıstanın reytinqi endirilib

Yunanıstanın reytinqi endirilib
# 10 aprel 2010 10:33 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Fitch Ratings» beynəlxalq reytinq agentliyi Yunanıstan üçün emitentin uzunmüddətli defolt reytinqini iki pillə azaldaraq «BBB-» səviyyəsində müəyyənləşdirib. «APA-Economics»in məlumatına görə, reytinq üzrə proqnoz «neqativ» səviyyəsində saxlanılıb.

Reytinqin azaldılması ilk növbədə ölkənin dövlət borcunun artması və iqtisadi perspektivlərin pisləşməsi ilə bağlıdır.

Bu halda Avrozona ölkələrinin maliyyə nazirləri və mərkəzi banklarının rəhbərləri Yunanıstan üçün fövqəladə borcalmanın şərtləri üzrə razılığa gəliblər. Bundan başqa, aprelin 13-də Yunanıstanın 1,2 mlrd. avro məbləğində dövri müddəti 26 həftə və 52 həftə olan qısamüddətli xəzinə veksellərinin satışı üzrə hərracın keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, rəsmi proqnozlara əsasən, ölkə iqtisadiyyatında 2010-cu ildə 2%-lik azalma gözlənilir ki, bu da ötən ilin göstəricisinə bərabərdir. Lakin bir sıra iqtisadçılar Yunanıstanda ÜDM-in daha yüksək səviyyədə azalacağını proqnozlaşdırır. Ölkənin borclar üzrə ödəmələri cari ildə 53 mlrd. avro təşkil edəcək ki, bundan 11 mlrd. avro mayın sonuna kimi ödənilməlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR