Azərbaycana idxal olunan malların həcmi I rübdə 16% azalıb

Azərbaycana idxal olunan malların həcmi I rübdə 16% azalıb
# 12 aprel 2010 08:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində Azərbaycana idxal olunan malların həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 16% azalıb. «APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.

Onun sözlərinə görə, idxalın azalması Azərbaycanda yeni müəssisələrin və yeni iş yerlərinin açılması ilə əlaqədardır: «Əvvəllər xaricdən idxal olunan mallar indi ölkədə istehsal olunur. İlk üç ay ərzində idxalın 167 mln. manat azalması vergilərin toplanmasında problem yaradıb. Bu isə proqnozun icrasına təsir göstərəcək».

Qeyd edək ki, ötən ilin yanvar-mart aylarında Azərbaycana idxalın həcmi 1 322,1 mln. ABŞ dolları təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR