Rusiya Qırğızıstana 150 mln. dollardan çox maliyyə yardımı verəcək

Rusiya Qırğızıstana 150 mln. dollardan çox maliyyə yardımı verəcək
# 12 aprel 2010 10:40 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiya Qırğızıstana 150 mln. dollardan artıq təmənnasız maliyyə yardımı edəcək.

APA-Economics”in “AKİpress”ə istinadən məlumatına görə, bu açıqlama ilə Qırğızıstan müvəqqəti hökumətinin sədr müavini Almaz Atambayev çıxış edib.

Bu gün o, Bişkekdə Moskvaya səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib. A.Atambayev maliyyə yardımının həcmi ilə bağlı sualı belə cavablandırıb: “Sülh şəraitində Rusiya bizə 150 mln. dollar qrant ayırıb. Mən rusiyalı həmkarlarıma izah etdim ki, hazırda fövqəladə vəziyyət yaranıb və məbləğ daha çox olmalıdır”.

Hələlik Rusiya tərəfi Qırğızıstana ayıracağı maliyyə yardımının məbləğini açıqlamayıb.

Qeyd edək ki, Qırğızıstanın ötən həftə devrilmiş prezidenti Kurmanbek Bakiyev 2009-cu ilin əvvəlində Moskvaya səfəri zamanı Rusiya hökuməti ilə 150 mln. dollarlıq maliyyə yardımı və 300 mln. dollarlıq kredit haqda razılığa gəlmişdi. O, həmçinin ABŞ-ın Qırğızıstandakı hərbi bazasını da bağlayacağını vəd etmişdi. Lakin sonradan bu qərarını dəyişdi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR