Azərbaycanda problemli bank kreditlərinin xüsusi çəkisi 4% təşkil edir

Azərbaycanda problemli bank kreditlərinin xüsusi çəkisi 4% təşkil edir
# 13 aprel 2010 08:39 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan bank sektorunda problemli kreditlərin xüsusi çəkisi 4% təşkil edir.

«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün Bakıda başlayan beynəlxalq bank-maliyyə konfransının açılış mərasimində bildirib.

E.Rüstəmovun sözlərinə görə, beynəlxalq təşkilatların fikrincə, Azərbaycan qlobal maliyyə böhranından az təsirlənən dövlətlərdən biri olub. Böhranın təsirlərinə baxmayaraq, Azərbaycan iqtisadiyyatının neft və qeyri-neft sektorlarında artım müşahidə olunur. AMB 2007-ci ilin sonu - 2008-ci ilin əvvəlində böhrana qarşı qabaqlayıcı tədbirlər həyata keçirsə də, böhran şəraitində AMB tərəfindən Azərbaycan Dövlət Neft Şirkətinə və Azərbaycanın alüminium sektoruna maliyyə yardımı göstərilib. Həmçinin böhrana qarşı görülən qabaqlayıcı tədbirlər nəticəsində ölkədə fəaliyyət göstərən bank təşkilatları və sığorta şirkətlərinə kapitallaşma ilə bağlı müəyyən güzəştlər edilib. Bunun nəticəsi olaraq 2009-cu ildə ümumi kredit qoyuluşlarında 17% artım müşahidə olunub.

Qeyd edək ki, konfrans «İteca Caspian» şirkətinin təşkilatçılığı ilə keçirilir. APA İnformasiya Agentliyi tədbirdə baş onlayn dəstək statusu ilə iştirak edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR