Azərbaycan Mərkəzi Bankı: Biznes subyektlərinin banklara borcunun artması dramatik səviyyədə deyil

Azərbaycan Mərkəzi Bankı: Biznes subyektlərinin banklara borcunun artması dramatik səviyyədə deyil
# 13 aprel 2010 10:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Hazırda Azərbaycanda bankların kapitallaşma səviyyəsi 19-20%-dir.

«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

E.Rüstəmovun sözlərinə görə, böyük artım və iri borclar kapitallaşma səviyyəsinə təsir göstərən amillərdəndir: «Bu gün Azərbaycanda kapitallaşma norması 12%-dir ki, bu da Basel normativindən 4 faiz bəndi yüksəkdir».

E.Rüstəmov qeyd edib ki, bütövlükdə bu artım biznesdə olan problemlərlə əlaqədardır. Həmçinin ölkə iqtisadiyyatının, o cümlədən biznes subyektlərinin banklara olan borcu artır: «Borclar artır, trend var, amma bu artım dramatik səviyyədə deyil».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR