Azərbaycan banklarında nəşriyyat evlərinin yaradılması təklif olunur

Azərbaycan banklarında nəşriyyat evlərinin yaradılması təklif olunur
# 14 aprel 2010 09:26 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank kredit təşkilatlarının nəzdində nəşriyyat evləri yaradılmalıdır. «APA-Economics»in məlumatına görə, bunu iqtisadçı ekspert Zahid Fərrux Məmməd aprelin 13-14-də Bakıda keçirilən VI Xəzər Beynəlxalq Bankçılıq və Maliyyə Konfransında bildirib.

Z.Məmmədin sözlərinə görə, belə bir təcrübədən dünyanın bir sıra tanınmış bankları, o cümlədən Türkiyənin «YapıKredi Bankı» istifadə edir. Banklarda nəşriyyat evlərinin yaradılması böhran baş verməmişdən əvvəl əhalinin maarifləndirilməsinə xidmət edir. Z.Məmməd hazırda Azərbaycanda fəaliyyət göstərən banklar arasında belə bir təkliflə çıxış edənin olmadığını bildirib.

Çıxışının sonunda Z.Məmməd böhranın yaranma səbəbləri, onun yaratdığı fəsadlar və bankların böhranqabaqlayıcı tədibirləri haqqında danışıb.

Qeyd edək ki, bank-maliyyə konfransı «İteca Caspian» şirkətinin təşkilatçılığı ilə keçirilir, APA İnformasiya Agentliyi tədbirdə baş onlayn dəstək statusu ilə iştirak edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR