«Texnikabank» avrobond emissiyasına hazırlaşır

«Texnikabank» avrobond emissiyasına hazırlaşır
# 14 aprel 2010 11:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Texnikabank» ASC avrobond emissiyasını həyata keçirmək niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu «Texnikabank»ın İdarə Heyətinin sədri Samir Hüseynov bildirib.

Onun sözlərinə görə, hazırda bazarın mövcud vəziyyəti və investorların marağının olub-olmaması öyrənilir: «Artıq deyə bilərəm ki, müəyyən maraq var və biz bazara avrobond çıxarmaq niyyətindəyik».

Avrobondların həcminə gəldikdə isə, S.Hüseynov qeyd edib ki, bank bu növ qiymətli kağızların həcmini hələ müəyyənləşdirməyib.

Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən «Texnikabank»ın 2010-cu ilin yanvar ayının 1-nə aktivləri 467,818 mln. manat, depozi portfeli 183,393 mln. manat, kredit portfeli 351,999 mln. manat, məcmu kapitalı 59,927 mln. manat, o cümlədən nizamnamə kapitalı 41,712 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR