Azərbaycanda dövlət istiqrazlarının yerləşdirilməsi üzrə birja komissiya haqları azaldılıb

Azərbaycanda dövlət istiqrazlarının yerləşdirilməsi üzrə birja komissiya haqları azaldılıb
# 14 aprel 2010 12:09 (UTC +04:00)
Yığıncaqda Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazlarının yerləşdirilməsi üzrə birja komissiya haqlarına yenidən baxılması məsələsi müzakirə olunub.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, yığıncağa sədrlik edən BFB-nın İdarə Heyətinin sədri Xəyal Abdinov dövlət qiymətli kağızlar bazarının müsbət inkişaf tendensiyasını təhlil edərək investorların gəlirliliyinin artırılması, onların kapital bazarına yönələn maraqlarının dəstəklənməsi, təşəbbüslərin həvəsləndirilməsi istiqamətində aparılan işləri qeyd edib. X.Abdinov bildirib ki, 2009-cu ildə Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi zamanı birja tərəfindən tutulan komissiya haqlarının aşağı salınması barədə qərar qəbul edilib. Bu qərar dövlət istiqrazlarının ilkin və təkrar bazarlarının stimullaşdırılmasını təmin edib: «Son zamanlar inflyasiyanın səviyyəsinin aşağı düşməsi ilə əlaqədar dövlət istiqrazlarının gəlirliliyinin də azalması nəzərə alınsa, BFB tərəfindən əlavə güzəştlərin tətbiq edilməsi məqsədə uyğundur».

Beləliklə, dövlət istiqrazlarının yerləşdirilməsi üzrə birja komissiya haqlarının ümumilikdə təqribən 2 dəfə azaldılaraq müddəti 35 gün olan istiqrazlar üzrə - 0,04%, 91 gün olan istiqrazlar üzrə - 0,07%, 182 gün olan istiqrazlar üzrə - 0,09%, 364 gün olan istiqrazlar üzrə - 0,25%, 728 gün olan istiqrazlar üzrə - 0,25%, 1 092 gün olan istiqrazlar üzrə isə 0,25% səviyyəsində müəyyən edilməsi qərara alınıb.

Yeni komissiyalar 2010-cu il aprel ayının 15-dən etibarən qüvvəyə minəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR