Azərbaycanın bir sıra dövlət təşkilatları və nazirliklərdə maliyyə yoxlaması keçiriləcək

Azərbaycanın bir sıra dövlət təşkilatları və nazirliklərdə maliyyə yoxlaması keçiriləcək
# 14 aprel 2010 14:23 (UTC +04:00)
Palatanın mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, Hesablama Palatasının aprelin 12-13-də keçirilən kollegiya iclaslarında audit keçiriləcək qurumların siyahısı və istiqamətləri müəyyənləşdirilib.

Belə ki, aprelin 12-də keçirilən kollegiya iclasında dövlət büdcəsindən «Bakıelektrikşəbəkə» ASC-nin paylayıcı elektrik şəbəkələrinin yenidən qurulmasına ayrılan vəsaitlərdən istifadə, Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər idarəsində vergi qanunvericiliyinə riayət edilməsi, «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin Salyan Suvarma Sistemləri İdarəsinə və Baş Mil-Muğan Kollektorlar İstismarı İdarəsinə dövlət büdcəsinin «Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi» bölməsi üzrə «Meliorasiya tədbirləri» paraqrafından ayrılan vəsaitlərin proqnozlaşdırması və istifadəsi, Naxçıvan Muxtar Respublikasının büdcəsindən muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzi aparatının və Tibbi Sosial-Ekspert Komissiyasının saxlanmasına ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrası və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Tingliyi İdarəsinin saxlanmasına ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrası üzrə audit proqramları təsdiq olunub.

Aprelin 13-də isə Palata dövlət büdcəsinin «Elm» köməkçi bölməsindən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və onun müəssisə və təşkilatlarına (seçmə qaydada) ayrılmış xərclərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılmasının əsaslılığı və icrası, Şəki şəhəri üzrə yerli xərclərin tərtibi və yerli xərclərdən maliyyələşən büdcə təşkilatlarına ayrılan vəsaitlərin icrası, Dövlət Neft Fondunun vəsaitinin idarə olunması və istifadəsi mövzularında audit proqramlarını təsdiq edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR