«RosSelxozBank»ın Azərbaycandakı nümayəndəliyi dövlət qeydiyyatına alınıb

«RosSelxozBank»ın Azərbaycandakı nümayəndəliyi dövlət qeydiyyatına alınıb
# 16 aprel 2010 14:26 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Rusiya Kənd Təsərrüfatı Bankı» ASC-nin («RosSelxozBank») Azərbaycandakı nümayəndəliyi dövlət qeydiyyatına alınıb.

«APA-Economics»in məlumatına görə, vergi orqanlarında «bir pəncərə» sistemi üzrə qeydiyyata alınmış bankın hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi,53-dür. Bankın qanuni təmsilçisi Bəxtiyar Ağayevdir.

Qeyd edək ki, bir müddət əvvəl Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrin «APA-Economics»ə açıqlamasında «RosSelxozBank»ın Azərbaycanda fəaliyyətə başlayacağını bildirib. Y.Şedrin həmçinin əlavə edib ki, Rusiya bankı ölkə bazarında nümayəndəlik statusu altında çıxış edəcək və yerli banklardan hansınınsa alınmasına dair məsələyə baxılmır. Maliyyə əməliyyatları ilə məşğul olmayacaq «RosSelxozBank» Azərbaycanda daimi nümayəndəlik statusu altında sıxış edəcək.

Qeyd edək ki, hazırda Azərbaycanda Rusiyanın «Nikoil Bank» və «VneşTorqBank» (VTB) maliyyə təşkilatları fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR