«Texnikabank»ın depozit portfeli son bir ildə 34% artırıb

«Texnikabank»ın depozit portfeli son bir ildə 34% artırıb
# 19 aprel 2010 08:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Texnikabank» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin aprel ayının 1-nə 452,621 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin aprelin 1-nə olan göstərici ilə müqayisədə 4,9% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 33,8% genişlənərək 173,671 mln. manat, kredit portfeli 4,2% artaraq 348,798 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 37,525 mln. manat olub. Hesabat dövründə bankın məcmu kapitalı 1,1% artaraq 58,447 mln. manat, o cümlədən nizamnamə kapitalı təxminən iki dəfə artaraq 53,685 mln. manat təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında bankın ümumi gəlirləri 16,550 mln. manat, xərcləri isə 15,846 mln. manat olub. Nəticədə, bankın mənfəəti 0,704 mln. manat təşkil edib.

Həmçinin, bu dövr ərzində bank əlavə 10 bankomat və 7 POS-terminal quraşdırıb. Bununla yanaşı, bankın işçilərinin sayı 5,6% artaraq 608 nəfərə çatıb.

Xatırladaq ki, «Texnikabank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Hazırda bankın ölkə üzrə 35 filialı, 57 bankomatı və 345 POS-terminalı mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR