«Bank Respublika» yeni uduş kampaniyasına başlayıb

«Bank Respublika» yeni uduş kampaniyasına başlayıb
# 19 aprel 2010 10:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Bank Respublika» ASC mükafatları 999.9 əyarlı qızıl külçələr olan yeni uduş kampaniyasına başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bank tərəfindən son 6 ildə keçirilən uduş kampaniyaları müştərilərdə daim böyük maraq doğurub. Bu faktı və əmanətçilərin istəklərini nəzərə alaraq, bank yeni uduş kampaniyasına başlamaq qərarına gəlib. Hər ay keçiriləcək kampaniya bu ilin aprel ayının 15-dən dekabr ayının 15-nə qədər davam edəcək.

Kampaniya çərçivəsində hər ay qızıl oynanılacaq. Əmanət hesabında ən azı 1 il müddətinə və 1000 manat (dollar, avro) məbləği olan hər bir əmanətçi kampaniyanın qalibi ola bilər. Əmanətin hər 1000 manatı (dollar, avro) uduş üçün 1 şans verir. Bankın əməkdaşlarının və səhmdarlarının əmanətləri kampaniyada iştirak etmir.

Qeyd edək ki, kampaniyanın bu ilin aprel ayının 15-də keçirilən birinci tirajı artıq 6 əmanətçiyə qızıl külçələr qazandırıb. «Bank Respublika»nın əmanətçiləri əmanətin məbləğindən və müddətindən asılı olaraq 45 günədək faizsiz kredit xətti ilə “MasterCard” və “VISA” kartlarını əldə edə bilərlər. Eyni zamanda onlar “Home Banking” və «MobilBank» xidmətinə qoşula, pulsuz bank seyfindən istifadə edə, həmçinin bank hesabına səyahət və tibbi sığorta və güzəştli şərtlərlə kredit ala bilərlər.

Xatırladaq ki, «Bank Respublika» 1992-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları sırasında səhmdar kapitalının «25%+1 səhm» paketinə sahib olan Almaniyanın 2 nəhəng maliyyə təşkilatı – «DEG İnvestisiya Şirkəti» və «Sparkassen International Development Trust» təmsil olunur. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 334,484 mln. manat, depozit portfeli 153,807 mln. manat, kredit portfeli 177,032 mln. manat, məcmu kapitalı 56,049 mln. manat, o cümlədən nizamnamə kapitalı 30,578 mln. manat olub. Hazırda bankın ölkə üzrə 28 filialı, 44 bankomatı və 254 POS-terminalı mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR