Azərbaycanda RSI indeksi martda artıb

Azərbaycanda RSI indeksi martda artıb
# 21 aprel 2010 06:42 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda pərakəndə satış indeksi (Retail Sales Index – RSI) 2010-cu ilin mart ayı üzrə 115% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks fevral ayında 96%, yanvarda isə 75,9%-ə bərabər olub.

RSI indeksi ay ərzində satılmış malların (iaşə müəssisələri daxil olmaqla) ümumi dəyərinin əvvəlki ayın eyni həcminə nisbəti kimi hesablanır. Belə ki, cari ilin mart ayında ümumi pərakəndə dövriyyəsi 1 120,5 mln. manat, fevralda 975,2 mln. manat, yanvarda isə 1 016,4 mln. manat təşkil edib.

Beləliklə, indeksin yanvar ayında kəskin azalmasından sonra fevral-mart aylarında həmin göstəricinin artımı müşahidə olunub ki, bu da əhali tərəfindən mal alışı həcminin artmasını əks etdirir. Hətta son bir neçə ay ərzində ilk dəfə olaraq indeks 100%-dən yüksək olub.

Qeyd edək ki, RSI indikatorunun 100%-dən artıq olması hesabat ayı ərzində əhali tərəfindən alınan malların həcmi və ya dəyərinin əvvəlki ayla müqayisədə artdığını göstərir, bu da istehlak bazarında baş verən canlanmanın əsas göstəricilərindən biridir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR