Azərbaycanda inflyasiyanın artacağı proqnozlaşdırılır

Azərbaycanda inflyasiyanın artacağı proqnozlaşdırılır
# 22 aprel 2010 12:23 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Beynəlxalq Valyuta Fondu (BVF) 2010-cu ildə Azərbaycanda inflyasiyanın 4,7%-ə, 2011-ci ildə isə 3,5%-ə çatacağını proqnozlaşdırır. «APA-Economics»in məlumatına görə, bu proqnoz BVF-nin dünya iqtisadiyyatı ilə bağlı hazırladığı icmalda göstərilib.

Ümumilikdə, BVF-nin icmalında MDB ölkələrində inflyasiya üzrə proqnozlar ahağıdakı kimidir:

İnflyasiya (%)

2009 (fakt)

2010 (proqnoz)

2011 (proqnoz)

Azərbaycan

1,5

4,7

3,5

Rusiya

11,7

7,0

5,7

Ukrayna

15,9

9,2

8,9

Qazaxıstan

7,3

7,3

6,6

Belarus

13,0

7,3

6,2

Türkmənistan

-2,7

5,0

5,4

Özbəkistan

14,1

9,2

9,4

Gürcüstan

1,7

4,9

5,0

Tacikistan

6,5

7,0

8,3

Qırğızıstan

6,8

8,4

7,6

Moldova

0

7,7

5,7

Ermənistan

3,4

6,8

5,2



Cədvəldən məlum olur ki, bu il ən yüksək inflyasiya tempi Ukrayna və Özbəkistanda (9,2%), ən aşağı Azərbaycanda (4,7%), gələn il isə ən yüksək Özbəkistanda (9,4%), ən aşağı isə yenə də Azərbaycanda (3,5%) olacaq.

Xatırladaq ki, 2009-cu ildə Azərbaycanda inflyasiya 1,5%, cari ilin ilk rübündə isə 3,8%-ə bərabər olub. Bu il isə göründüyü kimi, inflyasiyanın artacağı, gələn – yenidən azalacağı gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR