“Bank Respublika” “Qızıl tərəfdaş” mükafatına layiq görülüb

“Bank Respublika” “Qızıl tərəfdaş” mükafatına layiq görülüb
# 28 aprel 2010 10:16 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın “Bank Respublika” ASC “Zolotaya Korona” təcili pul köçürmə sistemi tərəfindən 2009-cu ilin yekunlarına əsasən “Qızıl Tərəfdaş” elan olunub.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, mükafat banka “İlin yekunlarına görə MDB ölkələrində rekord inkişaf dinamikası” nominasiyası üzrə ən yaxşı nəticələrə görə təqdim edilib. Mükafatlandırma Özbəkistanın Daşkənd şəhərində keçirilən “Pul köçürmələri servisinin təşkilinə yeni yanaşmalar: gəlirliliyin artırılması üçün innovasiyalar” konfransı çərçivəsində keçirilib.

Qeyd edək ki, “Bank Respublika” “Zolotaya Korona” pul köçürmə sistemi ilə 2009-cu ilin iyun ayından etibarən əməkdaşlıq edir. Bank ümumilikdə 10 müxtəlif pul köçürmə sistemləri - “Western Union”, “Contact”, “Migom”, “Bıstraya Poçta”, “Coinstar”, “PrivatMoney”, “XpressMoney”, “Blizko”, “Allur” və “Zolotaya Korona” ilə əməkdaşlıq edir. “Bank Respublika” vasitəsilə pul köçürmələri 1-15 dəqiqə ərzində həyata keçirilir. Köçürmə edərkən və ya alarkən müştərilər bankdan qiymətli hədiyyələr alırlar.

Pul köçürmə xidmətlərini Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Şəki, Zaqatala, Quba, Xaçmaz, İmişli, Lənkəran, Astara, Masallı, Cəlilabad, Yevlax, Bərdə, Şəmkir, Göyçay və Goranboy şəhərlərində “Bank Respublika”nın 33 filial və şöbəsi göstərir. Bakıda fəaliyyət göstərən “Ofis-24” həftənin bütün günləri 24 saat fasiləsiz pul köçürmə xidmətləri də təqdim edir.

Xatırladaq ki, «Bank Respublika» 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında «25%+1 səhm» paketi Almaniyanın DEG İnvestisiya Şirkəti və «Sparkassen International Development Trust» şirkətinə məxsusdur.

«Bank Respublika»nın aktivlərinin həcmi 2010-cu ilin aprel ayının 1-nə 334,484 mln. manat, depozit portfeli 153,807 mln. manata, kredit portfeli 177,032 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 80,823 mln. manat təşkil edib. Bankın məcmu kapitalı 56,049 mln. manat, o cümlədən nizamnamə kapitalı 30,578 mln. manat olub. Hazırda bankın ölkə üzrə 28 filialı, 44 bankomatı və 254 POS-terminalı mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR