Azərbaycan Maliyyə Nazirliyi daha bir sığorta şirkətinin lisenziyasını ləğv edib

Azərbaycan Maliyyə Nazirliyi daha bir sığorta şirkətinin lisenziyasını ləğv edib
# 28 aprel 2010 15:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən daha bir sığorta şirkətinin lisenziyası ləğv edilib.

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən «APA-Economics»ə verilən məlumata görə, fəaliyyətində çoxsaylı qanun pozuntusu və nöqsanlara yol verilməsi, o cümlədən qanunvericiliklə müəyyən olunmuş sığortaçının ödəmə qabiliyyəti normativlərinə əməl etməməsi ilə əlaqədar «Azİnvest Sığorta» ASC-yə sığorta fəaliyyətinə müddətsiz lisenziya verilməsindən imtina olunub və cəmiyyət «Sığortaçıların və təkrarsığortaçıların reyestri»ndən çıxarılıb.

Qeyd edək ki, bununla da ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin sayı 27 olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR