Vergilər naziri Fazil Məmmədov: “İlin sonuna kimi satış mərkəzlərində 1500-2000 nəzarət kassa aparatının quraşdırılması nəzərdə tutulur”

Vergilər naziri Fazil Məmmədov: “İlin sonuna kimi satış mərkəzlərində 1500-2000 nəzarət kassa aparatının quraşdırılması nəzərdə tutulur”
# 10 may 2010 09:35 (UTC +04:00)
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə vergilər naziri Fazil Məmmədov verib. Aparılan islahatlarla bağlı danışan nazir bildirib ki, satış mərkəzlərində nəzarət kassa aparatlarının quraşdırılması ilə bağlı pilot layihə həyata keçirilib: “Artıq 200-dən artıq ticarət obyektində belə aparatlar quraşdırılıb. İlin sonuna kimi daha 1500-2000 obyektdə bu cür aparatların quraşdırılması nəzərdə tutulub. Bununla da biz ticarət obyektində dövriyyənin hansı səviyyədə olduğuna, qanuna hansı səviyyədə riayət edildiyinə, satılan mala görə çek vurulub-vurulmadığına kənardan nəzarət edə bilərik. Əsas odur ki, satış mərkəzlərində keçirilən bütün əməliyyatlar onlayn rejimində Vergilər Nazirliyində görünür. Bu, çox normal bir şeydir, Nazirlər Kabineti qeyd etdiyim aparatların quraşdırılması ilə bağlı vəsait ayıracaq. Bu elə də böyük məbləğ deyil, təxminən 2000 aparat üçün 500 min manat vəsait lazımdır. Təklif vermişik, çox güman ki, təklif qəbul olunacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR