Azərbaycan Dövlət Neft Şirkəti büdcə ödənişlərini 50% artırıb

Azərbaycan Dövlət Neft Şirkəti büdcə ödənişlərini 50% artırıb
# 12 may 2010 14:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin aprel ayı ərzində Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) dövlət büdcəsinə 82,605 mln. manat vəsait ödəyib.

ARDNŞ-dan «APA-Econqomics»ə verilən məlumata görə, 2010-cu ilin yanvar-aprel aylarında isə şirkət büdcəyə 337,350 mln. manat ödəyib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 114,567 mln. manat və ya 1,5 dəfə çoxdur.

Bundan başqa, cari ilin aprel ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 10,891 mln. manat vəsait köçürüb. Ümumiyyətlə, cari ilin yanvar-aprel aylarında Şirkət tərəfindən DSMF-ya ödəniş 39,441 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,435 mln. manat və ya 19,5% çoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR