“YapıKredi Bank Azerbaijan” ilin sonunadək daha üç filial açmaq niyyətindədir

“YapıKredi Bank Azerbaijan” ilin sonunadək daha üç filial açmaq niyyətindədir
# 22 may 2010 09:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA. Bu ilin sentyabrında “YapıKredi Bank Azerbaijan” QSC-nin Sumqayıt filialı fəaliyyətə başlayacaq. Bunu APA-ya açıqlamasında bankın İdarə Heyətinin sədri Mustafa Coşkun Bulak deyib. O bildirib ki, bankda yaradılmış xüsusi işçi qrupu tərəfindən filialın təsis sənədləri hazırlanır və yaxın bir ay ərzində müvafiq sənədlər Azərbaycan Mərkəzi Bankına təqdim ediləcək.

C. Bulak Sumqayıt filialı ilə yanaşı, bu il ərzində bankın Bakıda daha iki filialın açılacağını da söyləyib: “İlin sonunadək Bakıda daha iki filialımızı istifadəyə vermək niyyətindəyik. Hazırda paytaxtda həmin filiallar üçün münasib yer axtarılır”.

Xatırladaq ki, hazırda bankın ölkə üzrə 6 filailı var - 5-i Bakıda, 1-i Gəncədə.

Təsisçisi Türkiyənin “YapıKredi Bank”ı (80%) və Beynəlxalq Maliyyə Korporasiyası (20%) olan “YapıKredi Bank Azerbaijan” 2000-ci ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 219,517 milyon manat, depozit portfeli 54,110 milyon manat, kredit portfeli 49,542 milyon manat, məcmu kapitalı 45,685 milyon manat, o cümlədən nizamnamə kapitalı 27,209 milyon manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR