«Expressbank» nizamnamə kapitalını artırır

«Expressbank» nizamnamə kapitalını artırır
# 25 may 2010 14:02 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Expressbank» ASC 2010-cu ilin avqust ayınadək nizamnamə kapitalını 58% artıraraq 41 mln. manata çatdıracaq. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədri Emin Məmmədov bildirib.

E.Məmmədovun sözlərinə görə, 15 mln. manatlıq əlavə səhm emissiyasının prospekti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfidən artıq qeydiyyata alınınb. «Elan olunmuş 15 mln. manatlıq emissiyanın yerləşdirilməsi avqust ayınadək yekunlaşacaq. Bunula da bankın nizamnamə kapitalı 41 mln. manata çatacaq», - deyə E.Məmmədov bildirib.

Qeyd edək ki, hazırda bankın nizamnamə kapitalı 26 mln. manat təşkil edir.

Xatırladaq ki, «Expressbank» ASC 1989-cu ildən 2010-cu ilin mart ayınadək «Azərnəqliyyatbank» adı ilə faliyyət göstərir. Bankın səhmlərinin 58,6%-i fiziki şəxslərə, 41,4%-i isə hüquqi şəxslərə məxsusdur.

Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 139,951 mln. manat, depozit portfeli 11,156 mln. manat, kredit portfeli 28,330 mln. manat, məcmu kapitalı 27,205 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR