Hesablama Palatası Azərbaycanın Türkiyədəki səfirliyində audit keçirəcək

Hesablama Palatası Azərbaycanın Türkiyədəki səfirliyində audit keçirəcək
# 01 iyun 2010 14:29 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Hesablama Palatası dövlət büdcəsindən Azərbaycanın Türkiyədəki səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin icrası, rüsumların hesablanılması və ödənilməsinin auditini keçirəcək. Bu barədə «APA-Economics»ə Hesablama Palatasından məlumat verilib.

Bu barədə qərar Hesablama Palatasının mayın 26-da keçirilən kollegiya iclasında qəbul olunub. Palata həmçinin Dövlət Sosial Fondunun Qazax rayon şöbəsinin gəlir və xərclərinin icrasının auditini də keçirməyi planlaşdırır. Artıq hər iki audit proqramı təsdiqlənib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR