Soçi-2014 tarixin ən bahalı Qış Olimpiya oyunları olacaq

Soçi-2014 tarixin ən bahalı Qış Olimpiya oyunları olacaq
# 07 iyun 2010 10:38 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiya 2014-cü ildə Soçidə keçiriləcək Olimpiadanın təşkilinə 950 mlrd. rubl (14 mlrd. 151 mln. dollar) xərcləyəcək.

APA-Economics”in Rusiya mətbuatına istinadən məlumatına görə, Soçi-2014-ün xərcləri İtaliyanın Turin, ABŞ-ın Solt-Leyk-Siti və Kanadanın Vankuver şəhərlərində keçirilmiş Qış Olimpiya oyunlarının xərclərini 10 dəfə üstələyəcək. Bu olimpiadaların xərcləri 1,5-3 mlrd. dollar arasında dəyişib.

950 mlrd. rubl təkcə Soçi Olimpiadasına hazırlığa deyil, həm də Olimpiadadan sonra bəzi obyektlərin demontajına sərf olunacaq.

Qeyd edək ki, XXII Qış Olimpiya oyunları 2014-cü ildə 7-23 fevral tarixlərində, XI Qış Paralimpiya oyunları isə 7-16 mart tarixlərində Soçidə keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR