Bakıda Azərbaycanın iqtisadi rayonlarının sosial-iqtisadi pasportlarının təqdimatı keçirilib

Bakıda Azərbaycanın iqtisadi rayonlarının sosial-iqtisadi pasportlarının təqdimatı keçirilib
# 09 iyun 2010 13:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2009-2013-cü illər) çərçivəsində İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun hazırladığı iqtisadi rayonların sosial-iqtisadi pasportlarının təqdimatı keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirin açılış mərasimində çıxış edən Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov ölkənin iqtisadi inkişafından danışaraq qeyd edib ki, bu ilin ilk dörd ayı ərzində Azərbaycanda ÜDM-in artım tempi 5% təşkil edib. Bu günədək ölkədə 100-dən artıq dövlət proqramının təsdiqləndiyini bildirən nazir müavini onu da vurğulayıb ki, hazırda icra olunan dövlət proqramlarının 50-də İqtisadi İnkişaf Nazirliyi iştirak edir: «Hazırda 9 iqtisadi rayon üzrə pasportlar hazırlanıb ki, sənədlər hazırlanarkən xarici ölkələrin bu sahədə təcrübəsi öyrənilib, Azərbaycanın iqtisadi rayonlarına dair sosial-iqtisadi məlumatlar toplanılıb və yerləşdirilib. Bu sənədlərdə rayonların ərazisi, relyefi, iqlimi, faydalı qazıntı ehtiyyatları, iqtisadi potensialı kimi əsas göstəricilər müxtəlif diaqram, cədvəl və şəkillərdən istifadə olunmaqla şərh edilib. Pasportlarda iqtisadi rayonların investisiya istiqamətləri göstərilib və burada mövcud olan müəssisə və təşkilatların siyahısı verilib».

Tədbirdə çıxış edən Azərbaycan İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev pasportların ilkin variantında iqtisadi rayonların sosial-iqtisadi vəziyyətinin mövcud mənzərəsi, təbii və əmək resursları, iqlim, nəqliyyat, infrastruktur və digər sahələrin potensialı barədə informasiya əksini tapıb: «Sözügedən sənədlər rayonların sosial-iqtisadi vəziyyəti haqqında informasiya verməklə, mövcud potensialdan istifadə səviyyəsinin qiymətləndirilməsində, regionun iqtisadiyyatına sərmayə qoyulmasında yeni və xarici investorlar üçün əhəmiyyətli məlumat bazası olacaq».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR