Dünya Bankı: Bir neçə ölkədə ikiqat resessiya gözlənilir

Dünya Bankı: Bir neçə ölkədə ikiqat resessiya gözlənilir
# 10 iyun 2010 07:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dövlət borcunun artmasının qarşısının alınması məqsədilə görülən təbirlərə investorların etimadının itirilməsi nəticəsində Avropa və dünyanın bir neçə ölkəsində ikiqat resessiyanın müşahidə olunacağı istisna deyil. «APA-Economics»in məlumatına görə, bu barədə Dünya Bankının (DB) məruzəsində bildirilir.

Məruzədə həmçinin qeyd olunur ki, 2010-2011-ci illərdə dünya iqtisadiyyatının 3,3% artacağı gözlənilir. Belə Ki, inkişafda olan ölkələrdə iqtisadi artımın 2010-2011-ci illərdə 5,7-6,2% olacağı proqnozlaşdırılır. İnkişaf etmiş ölklərin iqtisadiyyatının 2010-cu ildə 2,1-2,3%, 2011-ci ildə isə 1,9-2,4% artacağı gözlənilir.

Məruzəyə əsasən, inkişaf etmiş ölklərin iqtisadiyyatının zəif templə artması bu ölkələri sağlam bazardan və investisiyalardan məhrum edəcək. Bununla yanaşı, DB mütəxəssisləri inkişaf etmiş ölkələri büdcələrini əhəmiyyətli dərəcədə konsolidasiya etməyə çağırıb.

Bununla yanaşı, DB iqtisadçısı Endryu Berns qeyd edib ki, böhranın ekstremal təsir dövrü başa çatıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR