İslam banklarının məcmu aktivləri artır

İslam banklarının məcmu aktivləri artır
# 14 iyun 2010 13:12 (UTC +04:00)
Bakı – APA. Dünyada islam bankçılığı prinsipləri əsasında fəaliyyət göstərən bank təşkilatlarının məcmu aktivləri 2010-cu ildə 1 trln. ABŞ dolları həddini üstələyəcək. APA-nın AFP-yə istinadən verdiyi xəbərə görə, Sinqapurda yerləşən Asiya İslam Bankının məlumatlarına əsasən, dünyanın ən iri 500 islam bankının toplu aktivləri 2010-cu il ərzində 180 mlrd. dollar artacaq. Lakin bu bankların dünya üzrə məcmu bank aktivlərinin strukturunda xüsusi çəkisi hələ də aşağı səviyyədədir və bu ilin sonuna 1%-dən az olacaq. Qeyd edək ki, islam banklarının ümumi aktivləri 2009-cu ildə 822 mlrd. dollar, 2008-ci ildə isə 639 mlrd. dollar olub.
Analitiklərin fikrincə, qlobal maliyyə böhranının davam etməsi fonunda islam bankçılığına tələbat artır, çünki məhz bu prinsiplər əsasında fəaliyyət göstərən bank təşkilatları daha yüksək dayanaqlıq nümayiş etdirib. Bunun əsas səbəbi isə islam bankçılığı əsasında işləyən qurumların təhlükəli və yüksək riski aktivlərə (ipoteka, derivativlər və s.) sərmayə yatırmaq hüququna malik olmaması ilə bağlıdır. Bununla yanaşı, şəriətə əsasən, islam bankları spirtli içki, donuz əti və silah istehsalı sahələrinə də sərmayə yatırmır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR