Azərbaycanda mikro-kreditlər üzrə verilmiş kreditlərin qaytarılma faizi 3 faiz bəndi azalıb

Azərbaycanda mikro-kreditlər üzrə verilmiş kreditlərin qaytarılma faizi 3 faiz bəndi azalıb
# 15 iyun 2010 10:04 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Son beş il ərzində Azərbaycanda mikro-kreditlər üzrə verilmiş kreditlərin qaytarılma faizi 3 faiz bəndi azalaraq 97%-ə düşüb.

Bunu «APA-Economics»ə açıqlamasında Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva bildirib.

J.Hacıyevanın sözlərinə görə, beş il əvvəl verilmiş kreditlərdə ödəniş faizi 100% təşkil edib. Lakin mövcud vəziyyətdə sahibkarlar risklərini düzgün qiymətləndirə bilmədiyi üçün kreditlərin qaytarılma faizi 97%-ə düşüb: “Ümumiyyətlə, bu kreditlərin qaytarılması sahəsində çətin vəziyyət yaranıb. Bəzi sahibkarların göstərdikləri xidmət və istehsal etdikləri məhsula əhali tərəfindən bir o qədər də tələbat yoxdur”.

Xatırladaq ki, AMA 2001-ci ildən fəaliyyət göstərir. Azərbaycandakı 16 mikromaliyyə təşkilatından 14-ü AMA-nın üzvüdür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR