BP növbəti zərbəni aldı

BP növbəti zərbəni aldı
# 16 iyun 2010 02:20 (UTC +04:00)
Bakı-APA. Meksika Körfəzində neft axını böhranı ilə mübarizə aparan BP-yə aparıcı qurum tərəfindən növbəti zərbə vurularaq kredit reytinqi aşağı salınıb.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, FİÇ reytinq şirkəti BP-yə üçqat B reytinqi verib ki, bu ehtiyatlı investorlar üçün qəbuledici borc sayılsa da, BP-nin maliyyə çatışmazlığının artması deməkdir.
BP reytinqinin aşağı salınması, zədələnmiş neft qurğusundan neft axınının təxmini miqdarının çox olmasından sonra gələn məlumatdır.
ABŞ BP-dən vurulan zərərlə bağlı tələblərin yerinə yetirilməsi üçün genişhəcmli maliyyə vəsaitinin ayrılmasını tələb edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR