«Ernst&Young» investorları aldadıb

«Ernst&Young» investorları aldadıb
# 16 iyun 2010 13:07 (UTC +04:00)
«APA-Economics» RBC-ya istinadən xəbər verdiyi kimi, nəzarət orqanı «Lehman Brothers»in 2007-ci ilin noyabrın 30-na qədər bir illik maliyyə hesabatları və Böyük Britaniyada apardığı əməliyyatlara diqqət yetirib ki, həmin hesabatların hazırlanmasında «Ernst&Young» şirkəti iştirak edib.

Faktiki olaraq, «Ernst&Young» şirkəti «Lehman Brothers» tərəfindən real borcların gizlədilməsinə kömək etməkdə şübhəli bilinir. Xatırladaq ki, 2010-cu ilin mart ayında «Lehman Brothers»in müflis olunmasını araşdıran amerikalı hüquqşünas Anton Valukas bəyan edib ki, 2007-2008-ci illərdə həmin bank ciddi likvidlik problemlərilə üzləşib və bu problemləri investorlardan gizlədirmiş. A.Valukasın məlumatlarına görə, 2008-ci ilin ilk yarısı ərzində bank mühasibat fəndilə müvəqqəti olaraq öz balansından 50 mlrd. dollar miqdarında borcları çıxarıb və bu prosesdə ona kənar auditoru olan «Ernst&Young» şirkəti kömək edib.

Qeyd edək ki, dünyanın ən iri investisiya banklarından biri olan və 639 mlrd. dollarlıq aktivlərə sahib olan «Lehman Brothers» özünün müflisləşməsi barədə 2008-ci ilin sentyabrın 15-də məlumat yayıb. Bu fakt maliyyə bazarlarında çaxnaşma yaradıb və maliyyə böhranın dünya miqyası almasının əsas səbəbi olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR