«AzSığorta» şirkəti bu ay daxilolmalarını 20% artırmaq niyyətindədir

«AzSığorta» şirkəti bu ay daxilolmalarını 20% artırmaq niyyətindədir
# 17 iyun 2010 08:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AzSığorta» şirkəti 2010-cu ilin yanvar-iyun aylarında 6 mln. manat həcmində sığorta haqqı toplayacağını proqnozlaşdırır. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədr müavini Fuad Sadıqov bildirib.

F.Sadıqovun sözlərinə görə, cari ilin yanvar-may aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 5 mln. manat olub: «Bu ay ərzində isə həmin göstəricinin daha 20% artacağı gözlənilir».

F.Sadıqov bildirib ki, daxilolmalar üzrə ən çox vəsait «Yüklərin sığortası», «Avtonəqliyyat vasitələrinin sığortası» və «Əmlakın sığortası» növlərinin payına düşür.

Qeyd edək ki, bu ilin ilk 5 ayında şirkətin sığorta ödənişlərinin həcmi 0,5 mln. manat olub.

Xatırladaq ki, «AzSığorta» şirkəti 2006-cı ilin dekabr ayında fəaliyyətə başlayıb. Respublika üzrə 7 filialı və 40-dan çox nümayəndəliyi olan şirkət müştərilərə 25 könüllü və 3 icbari sığorta növü üzrə xidmət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR