IFC Korporativ İdarəetmə Kursu üzrə universitet müəllimlərinə sertifikatlar təqdim edib

IFC Korporativ İdarəetmə Kursu üzrə universitet müəllimlərinə sertifikatlar təqdim edib
# 17 iyun 2010 12:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Korporativ İdarəetmə Kursu üzrə imtahanları müvəffəqiyətlə bitirmiş səkkiz universitet müəlliminə sertifikatlar təqdim edib.

IFC-nin Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ilin fevral ayından may ayınadək keçirilmiş məşğələlər təhsil ocaqlarında korporativ idarəetməyə dair kursların yaradılması və peşəkar mühazirəçilərə və müəllimlərə təlimlər keçirməklə bu kursu tədris etmək üçün ölkədə tədris proqramının hazırlanması məqsədini daşıyıb. Proqram korporativ idarəetmə məsələlərinə dair 14 dəyirmi masadan ibarət olub və interaktiv təcrübi misalları və müzakirələri əhatə edib.

Dəyirmi masaların korporativ idareətməyə giriş, agentliklərin problemləri, səhmdarların hüquqları, şura təcrübələri, maliyyə institutlarında korporativ idarəetmə, investorların tələbləri, islam maliyyəçiliyi, strateji planlaşdırma, korporativ sosial/ictimai məsuliyyət, açıqlama və şəffaflıq və nəzarət mühiti kimi mövzular müzakirə olunub.

Qeyd edək ki, IFC-nin Azərbaycan Korporativ İdarəetmə Layihəsinin icrasına 2005-ci ildə başlanılıb. Laiyhənin məqsədi Azərbaycanın səhmdar cəmiyyətlərinin və banklarının korporativ idarəetmə təcrübələrini təkmilləşdirməklə, onlara öz fəaliyyətlərini yaxşılaşdırmağa və maliyyə vəsaitlərinə və investisiyalara çıxış imkanlarını artırmağa köməklik göstərməkdir. Bu günədək, layihə 500-dək şirkət və banklara korporativ idarəetmə təcrübələrinin təkmilləşdirilməsinə dair təlimlər keçirmiş və korporativ idarəetmə təcrübələrinin yaxşılaşdırılması nəticəsində onlara təxminən 18 mln. ABŞ dolları məbləğində investisiya əldə etməyə kömək edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR