Avropa Komissiyasının sədri: Avro ölməyəcək

Avropa Komissiyasının sədri: Avro ölməyəcək
# 21 iyun 2010 09:40 (UTC +04:00)
Bakı - APA-Economics. Avropa Komissiyasının sədri Joze Manuel Barrozu avronun dünyanın ən etibarlı valyutalarından biri olduğunu və “ölməyəcəyini” bəyan edib.

APA-Economics”in “Europe1” radiostansiyasına istinadən məlumatına görə, J.M.Barrozu Avropa İttifaqı liderlərinin ötən həftə Brüsseldə keçirilmiş sammitinin nəticələrini müsbət dəyərləndirib.

“Mən çox şadam ki, Aİ ölkələri büdcələrinin sağlamlaşdırılmasına, struktur islahatlarına və bank sistemlərinin şəffaflaşdırılmasına yönəlmiş tədbirləri qəbul etməyi bacardılar” – deyə Avropa Komissiyasının sədri qeyd edib.

Qeyd edək ki, iyunun 17-də başa çatan Aİ ölkələri liderlərinin sammitində “Avropa 2020” adlı yeni iqtisadi strategiya qəbul olunub. Sənəd sabit iqtisadi artımı, Avropa mallarının rəqabət qabiliyyətliliyinin artırılmasını və Avropa vətəndaşlarının sosial inteqrasiyasını nəzərdə tutur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR