«Qarant Sığorta» şirkəti BMT-nin qlobal saziş sammitində iştirakl edəcək

«Qarant Sığorta» şirkəti BMT-nin qlobal saziş sammitində iştirakl edəcək
# 22 iyun 2010 10:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Qarant Sığorta» şirkəti İdarə Heyətinin sədri Vaqif Həsənov BMT-nin baş katibi Ban Qi Munun rəsmi dəvəti ilə iyunun 24-25-də Nyu-Yorkda keçiriləcək Qlobal Saziş Liderlərinin Sammitində iştirak edəcək.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, dünyanın bir çox ölkəsində fəaliyyət göstərən vətəndaş cəmiyyətləri, özəl təşkilatlar, biznes qurumlarının minə yaxın liderinin iştirak edəcəyi sammitdə daha əlverişli və sabit biznez mühitinə keçidə və bütövlükdə planetin və gələcək nəsillərin təhlükəsziliyinə əhəmiyyətli təsir göstərəcək məsələlər müzakirə olunacaq.

Üç ildən bir keçirilən sammitdə sabitliyin yeni dövrünə keçidin prioritet sahələrin müzakirəsindən əlavə, Qlobal Sazişin on illiyi təntənəli şəkildə qeyd ediləcək, həmçinin növbəti sammitin təşkil olunması məsələləri də müzakirəyə çıxarılacaq.

Nyu-Yorka səfəri zamanı V.Həsənov sammitdə iştirakla yanaşı ABŞ, Avropa və inkişaf etməkdə olan bir sıra ölkənin vətəndaş cəmiyyəti və biznes liderləri ilə görüşlər keçirəcək və Azərbaycandakı inkişaf, ölkə rəhbərliyi tərəfindən aparılan islahatlar və Dağlıq Qarabağ problemi barədə məlumat verəcək, potensial əməkdaşlıq imkanlarını müzakirə edəcək.

Qeyd edək ki, əsası 2000-ci ildə qoyulmuş BMT-nin Qlobal Saziş Sammitinin məqsədi dünyadakı iri həcmli biznez və qeyri-biznes qurumlarının faəliyyətini daha universal prinsiplərə inteqrasiya edə bilməsi strategiyasını hazırlamaq və bununla da BMT-nin məramına, xüsusilə də Minniliyin Sazişinə dəstək verməkdir. Bu təşəbbüsə dünyanın 135 ölkəsindən 7000 qurumu üzvlüyə qəbul edilib.

Xatırladaq ki, təsisçisi «ZQAN Holdinq» olan «Qarant Sığorta» şirkəti 2007-ci ilin noyabr ayında fəaliyyətə başlayıb. Cari ilin iyun ayının 1-nə şirkətin nizamnamə kapitalı 4 mln. manat təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR