«Kredo Bank» filial şəbəkəsini genişləndirir

«Kredo Bank» filial şəbəkəsini genişləndirir
# 22 iyun 2010 13:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Kredo Bank» ASC bu il ərzində iki yeni filial açmaq niyyətindədir. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədri Barat Piriyev bildirib.

B.Piriyevin sözlərinə görə, ilin sonundək iki filialın istifadəyə verilməsi bankın strateji planında əksini tapıb. Filiallardan biri Sumqayıtda, digəri isə Mərkəzi Aran rayonlarının birində açılacaq. Hazırda bank tərəfindən yeni filialların yeri ilə bağlı araşdırma aparılır.

B.Piriyev daha sonra strateji planda bankın yeni pulköçürmə sistemlərinə qoşulmaq məsələsinin də olduğunu qeyd edib. Onun sözlərinə görə, bank tərəfindən «Migom» və «Leader» sistemləri istisna olmaqla, bütün pulköçürmə sistemləri üzrə bazar araşdırmaları aparılır. Burada sitemlərin tarifləri, komissiya haqqı və digər detalları araşdırılır.

Xatırladaq ki, təsisçisi 11 yerli fiziki şəxs olan «Kredo Bank» 1994-cü ildə yaradılıb. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 56,322 mln. manat, depozit portfeli 11,715 mln. manat, kredit portfeli 43,319 mln. manat, məcmu kapitalı 14,396 mln. manat, o cümlədən nizamnamə kapitalı 13,040 mln. manat təşkil edib. Bankın ölkə üzrə 14 filialı, 5 bankomatı və 55 POS-terminalı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR